Nar Mobile Ukraynalı məhşur Boombox qrupunun konsertinin rəsmi sponsorudur

Heydər Əliyev adına Sarayda Nar Mobile dəstəyi ilə Ukraynanın Boombox qrupunun konserti keçirilib

İstirahət günləri Bakı şəhəri Ukrayna musiqisinin aləminə qatıldı. Nar Mobile sponsorluğu ilə Heydər Əliyev adına Sarayda Bakı sakinləri və paytaxtımızın qonaqları üçün Ukraynanın Boombox qrupunun solistləri öz mahnılarını ifa etmişdirlər.

Azerfon MMC-nin Korporativ Əlaqələr üzrə Departamentin Rəhbəri Elşad Fərzəliyev: "Hər il, məzuniyyət mövsümü zamanı, Nar Mobile dünya ulduzları və populyar qrupların iştirakı ilə keçirilən konsertlərin rəsmi sponsoru kimi çıxış edir. 2007-ci ildə, Nar Mobile dəstəyi ilə, Bakıda dünya şöhrətli musiqiçi Elton Conun konserti təşkil olunmuşdur. Bundan əlavə, Nar Mobile Elvis Presliyə həsr olunmuş konsertin sponsorlarından biri idi. 2009-cu ildə, Nar Mobile-ın dəstəyi ilə, Bakının səhnəsində Rusiyanın populyar dueti Nastya və Potap çıxış etmişdir. Ümid edirik ki, Boombox qrupunun konserti pop-musiqi sevənləri tərəfindən bəyənilib. Bundan sonra da Nar Mobile populyar musiqinin pərəstişkarlarını sevindirməyə çalışacaq və belə konsertlərin sponsoru qismində çıxış edəcək".

Qeyd etmək lazımdır ki, konsertdən əvvəl tamaşaçılar Nar Mobile fəaliyyəti, təklif etdiyi Tarif Planlar və kampaniyalar ilə ətraflı tanış ola bildilər. Konsert zamanı bütün tamaşaçılara Nar Mobile-dan hədiyyələr paylanılmışdır.

 

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy