Zənglərin Aylıq Açıqlaması

Əldə etdikləriniz
Nar Mobile abunəçisi istəyinə uyğun olaraq hər ay zənglərin açıqlaması üçün hesab-faktura ala bilər. Bunun üçün Nar Mobile abunəçisi müvafiq formanı doldurmalıdır. Bu unikal xidmətdən fiziki şəxslər, eləcə də hüquqi şəxslər istifadə edə bilər. İstəyinizdən asılı olaraq bu məlumat sizə poçt və ya elektron poçt vasitəsi ilə göndərilə və ya iş ünvanınıza çatdırıla bilər. Bu xidmət sayəsində Nar Mobile abunəçisi çıxan zənglər və göndərdiyi SMS, MMS-lər və istifadə etdiyi İntenet xidməti üçün ödənilməli olan məbləğ barədə məlumat almaq imkanı qazanacaq.

Gəlin Nar Mobile abunəçisinin bu xidmətdən istifadə edərək hansı məlumatları əldə edə biləcəyinə daha ətraflı nəzər salaq:
•  Beynəlxalq zənglər;
•  Ölkə daxili zənglər;
•  Nar Mobile abunəçilərinə zənglər;
•  Digər mobil operatorların nömrələrinə zənglər;
•  Rominqdə olan zaman edilən zənglər;
•  Rominqdə olan zaman qəbul olunan zənglər;
•  Göndərilən SMS-lər;
•  Göndərilən MMS-lər;
•  GPRS-dən istifadə.

Diggət! Zənglərin açıqlaması yalnız çıxan zənglər üçün təqdim olunur.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy