|
Mobil Köçürmə - təcili balans yardımı Bəzən, ən gözlənilməz anda, çox vacib bir zəng etdiyiniz zaman balansda vəsaitin olmaması bütün planlarınızı poza bilər. Bu zaman balansınızı artırmaq imkanı olmadıqda köməyinizə Nar Mobile-dan yeni Mobil Köçürmə xidməti çatar! İndi Mobil Köçürmə xidməti sayəsində Nar Mobile abunəçiləri öz hesablarından digər Nar Mobile abunəçilərinin balansını çox tez və rahat şəkildə artıra bilərlər. Mobil Köçürmə xidmətindən istifadə edərək abunəçi öz hesabından digər istifadəçinin balansına 1, 2, 3 və ya 4 AZN vəsait köçürə bilər. |
Dostlarınızın və yaxınlarınızın balansına təcili yardım göstərmək üçün telefonunuzda Məsələn, (070) 1234567 nömrəli abunəçiyə 2 AZN məbləğini köçürmək üçün sadəcə olaraq mobil telefonda Xidmət pulludur. 790 nömrəsinə göndərilən hər sorğunun dəyəri 0,06 AZN təşkil edir. Köçürməni göndərən abunəçinin balansında kifayət qədər vəsait olmadığı halda əməliyyatın həyata keçirilməsi mümkün deyil. Xidmətdən istifadə üçün qoşulma və əlavə ayarlar tələb olunmur. Mobil Köçürmə xidmətindən yalnız öncədən ödəniş sisteminə əsaslanan Nar Mobile tarif planlarının abunəçiləri istifadə edə bilər. Əməliyyat yerinə yetirildikdən sonra köçürməni göndərən və qəbul edən abunəçilərə balansın artırılmasını təsdiqləyən bildiriş-SMS göndərilir. Mobil köçürmə xidmətindən yalnız aktiv statusunda olan abunəçilər istifadə edə bilər. İlk ödəniş məbləği Mobil Köçürmə xidməti vasitəsi ilə göndərilə bilməz. Abunə haqqı olmayan tarif planından istifadə edən abunəçinin hesabına göndərilən məbləğ ödənişin istifadə müddətinə təsir etmir. Abunə haqqı olan tarif planlarından istifadə edən abunəçilərin hesabına göndərilən məbləğ abunəçini daxil olan və çıxan zənglərə qadağa statuslarından çıxarır. Mobile Köçürmə xidmətindən istifadə edərkən, balansına vəsait köçürülən nömrə səhv yığıldıqda balansdan silinən məbləğ geri qaytarılmır. Rominqdə olan abunəçilər Mobil Köçürmə xidmətindən istifadə edərək digər abunəçinin balansına vəsait köçürə bilməzlər. |










şifrəsini yığmaq





