Online ödəmə

İndi Nar Mobile abunəçiləri mobil xidmətlər üçün ödənişi on-line rejimdə həyata keçirə biləcəklər!

AZERFON MMC Nar Mobile abunəçilərinə mobil xidmətlər üçün ödənişi plastik kartlardan istifadə edərək İnternet vasitəsilə ödəmək imkanını yaratdı. Qeyd etmək lazımdır ki, Azerfon MMC bu xidməti təqdim edən ilk mobil operatordur.

Online ödəmə sistemini tədbiq etməklə AZERFON MMC abunəçilərə təqdim olunan xidmətləri əlverişli və daha da rahat şəkildə istifadə etmək imkanını yaratdı.

Yeni “On-line ödəmə” xidmətindən istifadə etməklə hesabı harada olduğunuzdan asılı olmayaraq və istənilən vaxt tez və heç bir əlavə ödəniş olamadan çox rahat şəkildə ödəmək mümkündür.

İstənilən Nar Mobile abunəçisi “Visa/Visa Elektron” və “Mastercard/Maestro” kredit kartlarından istifadə etməklə online ödəmə xidmətindən yararlana bilərlər. Online ödəniş etmək üçün sadəcə olaraq www.NarMobile.az saytına daxil olub saytın aşağı sol küncündə yerləşən Online ödəmə səhifəsinə keçmək, istədiyiniz elektron ticarət provayderini seçmək, mobil telefonun nömrəsini, ödənilən məbləğ və kartın məlumatlarını daxil etmək kifayətdir.

Ödəmə aparıldıqdan bir neçə saniyə sonra ekranda uğurlu aparılmış əməliyyat haqqında bildiriş görünür. Bu bildiriş çap oluna və ya elektron ünvana göndərilə bilər. Əlavə olaraq abunəçi uğurlu ödəniş haqqında SMS vasitəsilə məlumatlandırılır.

Online ödəmə provayderini seçin və ödəyin:

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy